Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 23:51

Yunanıstan parlamentinin ətrafında etiraz aksiyası keçirilir

Afinada kəskin iqtisadi tədbirlər planına qarşı çıxan minlərlə adam parlament binasının ətrafına yığışıb.

Nümayişçilər polis sədini keçərkən toqquşma baş verib, polis gözyaşardıcı qazdan istifadə edib.

Yunanıstan parlamenti iqtisadi tədbirlər planını müzakirə edir.

Planda büdcə xərclərinin kəskin ixtisarı, vergilərin isə artırılması nəzərdə tutulur.

Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondu Yunanıstana növbəti iqtisadi yardım ayırmaq üçün bu planın qəbul edilməsini tələb edirlər.
This item is part of
XS
SM
MD
LG