Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 22:46

Vaqif Bayatlı Odər. Qalxdım təzə adamtək


Alın yazısıtək
qarışıq bir gecədə.
daşlı-torpaqlı bir küçədə
Əyilib torpağa.
çöküb torpağa
qalxdım təzə adamtək.

Qırış-qırış güləsi.
çopur-çopur töküləsi
ağ üzümü
sürtüb qara torpağa
qalxdım təzə adamtək

Kimi dünyanı əyri gedər.
Kimi düzünə,
Kiminin taleyi alnına yazılar.
Kimininki üzünə.
Qoyub alın yazımı
qara torpağa
and içdim alın yazıma,
qalxdım təzə adamtək.

Elədən-eliyə.
belədən-beliyə
bağıra-bağıra
yüyürə-yüyürə
daşıyırdım canımı,
kim bilmir

Göz yaşının tamını.
Uddum
qoydum alnımı qara torpağa
qalxdım təzə adamtək.

Min dərdin bir bacısı
ağ birçəyə
qara gül taxanıdı,
Göz yaşının ən acısı
içəriyə axanıdı,
axdı
sürtdüm ağ üzümü qara torpağa.

Bir ağrılı söz
döyəcəkdi məni.
Kədər qumtək
yeyəcəkdi məni,
Sürtdüm ağ üzümü
qara torpağa
Qalxdım təzə adamtək.
XS
SM
MD
LG