Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:41

Əl Qaidə liderinin həyat yoldaşı ömürlük həbs cəzası alıb


Əl Gaidənin İraqdakı qanadının lideri Abu Omar al Bagdadinin həyat yoldaşı ömürlük həbs cəzasına məhkum edilib.

İstintaqın gəldiyi nəticəyə görə o əri ilə birlikdə İraqda törədilmiş bir neçə terror aktının iştirakçısı olub.

Adı çəkilməyən qadın həmçinin maliyyə məsələləri ilə məşğul imiş.

Müdafiə tərəfi şikayət verməyə hazırlaşır.

Abu Omar al Bagdadinin özü isə ötən il ABŞ və İraq hərbçilərinin keçirdiyi birgə əməliyyat zamanı öldürülüb.
XS
SM
MD
LG