Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Suriya ordusu İdlib əyalətindəki kəndlərdən birini tanklardan atəşə tutub


Suriya ordusu ölkənin şimal-qərbində yerləşən İdlib əyalətindəki kəndlərdən birini tanklardan atəşə tutub.

Hələlik itkilər barədə məlumat verilmir.

Martın ortalarından bu yana Suriyada mövcud rejimə qarşı etiraz aksiyaları keçirilir.

Hüquq müdafiəçiləri bu müddət ərzində 1400-ə yaxın adamın öldürüldüyünü deyirlər.

Son həftələr ölkənin şimalından qonşu Türkiyəyə təxminən 12 min qaçqın keçib.
XS
SM
MD
LG