Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:59

İttiham təsdiqlənsə, Yuliya Timoşenkonu azı yeddi illik həbs gözləyir


Yuliya Timoşenko
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun bu gün Kiyevdə məhkəməsi başlayır. Timoşenko 2009-cu ildə baş nazir olan zaman Rusiya ilə qaz sövdələşməsi zamanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Timoşenko özü bu ittihamları rədd edir. Bildirir ki, bu ittihamların arxasında siyasi motivlər dayanır. O, bunda prezident Viktor Yanukoviçi suçlandırır.

Bu gün tərəfdarları ilə məhkəməyə gələn Yulio Timoşenko məhkəməni «saxta» adlandırıb:

- Bu məhkəmə deyil, Prezident Adminstrasiyasının şöbəsidir və siz də bu siyasi qərarları yerinə yetirirsiniz.

Əgər sabiq baş nazirə verilən ittihamı təsdiqlənsə, Timoşenko azı 7 ilini həbsdə keçirməli olacaq.
XS
SM
MD
LG