Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:16

Rusiya Belarusun işığını kəsdi

Rusiya Belarusa verdiyi elektrik enerjisini kəsib. Belarus iqtisadi böhranı səbəb gətirib, Rusiyaya işıq haqqını ödəməyib.

Rusiyanın elektrik enerji kompaniyası RAO UES Belarusa enerji verilişini gecə ikən dayandırıb.

Kompaniyadan verilən məlumata görə, Belarusun mart, aprel və may aylarına 42 milyon dollar borcu var. Şirkətdən bildiriblər ki, elektrik təchizatı borc ödəndiyi təqdirdə bərpa ediləcək.

Rusiyanın baş nazirinin müavini İqor Sechin deyib ki, siyasətin elektrik mübahisəsi ilə əlaqəsi yoxdur.
This item is part of
XS
SM
MD
LG