Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 13:27

Yunanıstan parlamenti büdcə kəsirinə səs verməyə hazırlaşır


Yunanıstan parlamentində bu gün büdcə xərclərinin 28 milyard avro civarında azaldılması ilə bağlı sonuncu səs verməsi başlaması gözlənir. Parlamentdə müzakirə iki gün davam edəcək.

Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi hesab edir ki, sərt büdcə paketi ilə Yunanıstan borclardan yaxa qurtara bilər.

Səsvermə ərəfəsində Afinada parlamentin qarşısına toplaşmış etirazçılarla polis arasında qarşıdurma olub. Məlumatlara görə, 46 adam yaralanıb, 14 nəfər həbs olunub.
Büdcə təşkilatında çalışanların çoxu tətil elan edib.

Yunanıstanın baş naziri George Papandreou bir neçə gün əvvəl parlamentdə çıxışında demişdi ki, büdcə kəsirlərinə yol açan paketin qəbul olunması ölkənin yeganə xilasıdır.
XS
SM
MD
LG