Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:18

Taliban otelə hücum edib, ölənlər var


Taliban yaraqlıları Əfqanıstan paytaxtı Kabildə bahalı bir mehmanxanaya hücum ediblər. Azı 10 əfqanlı öldürülüb, 10-dan çox adam yaralanıb. Yaralananlar arasında iki polis də var. Kabul polis rəhbəri Mohammad Ayub Salangi deyib ki, qurbanların çoxu otelin işçiləridir.

NATO qüvvələri iki hücumçunu öldürəndən sonra bu səhər "Intercontinental" otelinin mühasirəsi sona çatıb.

Otel diplomatları və avropalılar arasında məşhurdur.

Daxili İşlər nazirliyinin sözçüsü Sediq Sediqqi deyib ki, altı intiharçı bombaçı otelə hücum edib. Onun sözlərinə görə, onlardan ikisini otel mühafizəçiləri öldürüb. Dördü isə ya özlərini öldürüblər, ya da NATO və ya əfqan hərbçiləri tərəfindən öldürülüb.

Hotelin qonaqları arasında əyalətdə yerləşən hökumət qüvvələrinin təmsilçiləri də var. Onlar Kabulda bu gün keçirilməsi nəzərdə tutulan konfransa gəliblər. Konfransda ölkənin təhlükəsizliyə cavabdehlik məsələlərinin 2014-cü ilə qədər ölkəni tərk edəcək beynəlxalq qüvvələrdən yerli qüvvələrə ötürülməsi müzakirə olunmalı idi.
XS
SM
MD
LG