Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun iyunun 28-də keçirilən iclasında bu il layihələri maliyyələşdiriləcək qəzetlərin siyahısı elan edilib.
APA informasiya agentliyinin Məlumatına görə Fondun Müşahidə Şurasının iclasında icraçı direktor Vüqar Səfərli müsabiqəyə redaksiyalar tərəfindən təqdim edilən 34 layihə barədə məlumat verib.
2011-ci ilin ikinci yarısı üçün maliyyə yardımı alacaq KİV-lərin siyahısı:
“Yeni Azərbaycan” qəzeti |
40 000 manat |
“Səs” qəzeti |
40 000 manat |
“Kaspi” qəzeti |
40 000 manat |
“Mövqe” qəzeti |
40 000 manat |
“Yeni Musavat” qəzeti |
40 000 manat |
“525-ci” qəzet |
40 000 manat |
“Bakı –xəbər” qəzeti |
40 000 manat |
“Həftə İçi” qəzeti |
30 000 manat |
“Azadlıq” qəzeti |
30 000 manat |
“Ədalət” qəzeti |
30 000 manat |
“Olaylar” qəzeti |
30 000 manat |
“Palitra” qəzeti |
30 000 manat |
“Paritet” qəzeti |
30 000 manat |
“Ayna-Zerkalo” qəzeti |
30 000 manat |
“Xalq Cəbhəsi” qəzeti |
30 000 manat |
“Şərq” qəzeti |
30 000 manat |
“Futbol+Qol” qəzeti |
20 000 manat |
“Paralel” qəzeti |
20 000 manat |
“Ekspress” qəzeti |
20 000 manat |
“Novoye Vremya” qəzeti |
10 000 manat |
“Olimpiya Dünyası” qəzeti |
10 000 manat |
“Üç nöqtə” qəzeti |
10 000 manat |
“Bizim Yol” qəzeti |
10 000 manat |
“Azernews” qəzeti |
6 000 manat |
“Reytinq” qəzeti |
5 000 manat |
“The Business Times” qəzeti |
5 000 manat |
“Təhsil problemləri” qəzeti |
5 000 manat |
“İqtisadiyyat” qəzeti |
5 000 manat |
“Bütöv Azərbaycan” qəzeti |
5 000 manat |
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildə yaradılıb. Bu fond hər il büdcədən ayrılan vəsaitlər hesabına müxtəlif qəzetlərin layihələrini maliyyələşdirir.
Rəsmi təbliğatda bu fond hökumətin mediaya dəstəyi kimi təqdim edilir, amma müstəqil jurnalist təşkilatları hakimiyyətin bu fond vasitəsilə medianı öz əlində saxlamağa çalışdığını deyirlər.