Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 09:40

Mövsüm Səmədovun cinayət işinin istintaqı sona çatıb


Mövsüm Səmədov
İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov və digər 6 nəfərin cinayət işinin istintaqı sona çatıb. Cinayət işinin materialları baxılmaq üçün iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Vəkil Anar Qasımov AzadlıqRadiosuna deyib ki, müdafiə tərəfi işə xitam verilməsi üçün istintaq qrupu qarşısında vəsatət qaldırıb. İyunun 28-də poçt vasitəsilə vəkillərə göndərilən cavabda bildirilib ki, vəsatət təmin olunmur.

Mövsüm Səmədov və digər 6 nəfər terrora hazırlıq, hakimiyyəti zorla ələ keçirmə və başqa maddələrlə ittiham olunurlar.

HƏMÇİNİN OXU:

Mövsüm Səmədovun həbsi
Mövsüm Səmədovun qaynının evində axtarış aparılıb
Mövsüm Səmədovun vəkili istintaq orqanlarına müraciət etdi
Leyla Yunus: «İqtidar cəmiyyəti qorxu altında saxlamağa çalışır»
XS
SM
MD
LG