Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 05:42

Gömrük Komitəsi Naxçıvan məsələsinə aydınlıq gətirdi


Dövlət Gömrük Komitəsində İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına dizel yanacağı daşınması ilə bağlı yaranan problem araşdırılır.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS-ə deyib ki, Naxçıvana aparılan dizel yanacağının həcmi kvotalara uyğunlaşdırılmalıdır.

«Hər il Naxçıvana dizel və digər yanacaqlar üzrə müəyyən kvota ayrılır. Naxçıvana dizel yanacağının daşınması həmin kvota çərçivəsində həyata keçirilməlidir. İndi bu kvotadan dəfələrlə artıq yanacaq aparılır və Naxçıvanda buna tələbat yoxdursa, onda bu yanacaq hara istifadə olunur? Bu məsələlər indi araşdırılmaq üzrədir», - deyə A. Əliyev qeyd edib.
XS
SM
MD
LG