Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:15

Üsyankar şairəni həbsə atdılar


Bəhreynli şairə Ayat əl-Qurmezini 1 illik həbs cəzasına məhkum ediblər.

“Guardian” qəzetinin verdiyi məlumata görə, səbəb onun yazda Bəhreyndə keçirilmiş mitinqlər zamanı kral hakimiyyətini tənqid edən şeir söyləməsidir.

Mitinqlərin dağıdılmasından sonra – martda saxlanan şairə məhkəmənin qərarını gözləyirdi. Rəsmi ittihamda o, dövlətçilik əleyhinə hərəkətlərdə, o cümlədən ədavət qızışdırmaqda suçlanır.

Yaxınları onun saxlanandan sonra işgəncəyə məruz qaldığını, döyüldüyünü, üzünə elektrik naqilləri ilə vurulduğunu iddia edirlər.

“Biz o kəslərik ki, təhqirləri öldürəcək,
məşəqqətləri qətlə yetirəcəyik.
Siz onların hönkürtüsünü eşitmirsinizmi?
Siz onların hayqırtısını eşitmirsinizmi?


Sətri tərcümədə verdiyimiz bu misralar əl-Qurmezinin paytaxt Manamanın mərkəzi meydanında səsləndirdiyi şeirdəndir.

Əl-Qurmezi Bəhreyn Universitetinin ikinci kursunda müəllimlik ixtisası üzrə təhsil alırdı. O həmçinin universitetdən xaric edilib.

Şairənin anası deyib ki, qızı günahsızdır: “O öz hisslərini ifadə edib – qanunla ona verilmiş fikir azadlığından istifadə edib”.

Beynəlxalq hüquq müdafiə təşkilatları şairəyə həbs cəzası kəsilməsini pisləyiblər.
XS
SM
MD
LG