Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:45

ABŞ komandanı Obamanın planını dəstəkləyir


ABŞ qüvvələrinin Əfqanıstandakı növbəti komandanı bu ölkədən çıxarılacaq Amerika hərbçilərinin sayı və sürəti planı ilə razı olduğunu bildirib.

Ötən həftə ABŞ prezidenti Barack Obama elan edib ki, Əfqanıstanda vəziyyət getdikcə sabitləşir, ona görə də gələn yayın sonuna qədər 30 min ABŞ əsgəri həmin ölkədən geri qaytarılacaq.

Hərbi dəniz qüvvələrinin general leytenantı John Allen deyib ki, hərbçilərin sayının azalması Əfqan liderlərinə öz təhlükəsizlik qüvvələrinin sayını artırmağa təkan verməlidir.

Hərçənd ABŞ-ın Əfqanıstandakı qoşunlarının hazırkı rəhbəri general David Petraeus Obamanın planının “riskli” olduğunu bildirib.
XS
SM
MD
LG