Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 21:09

İslam Konfransı Təşkilatının adı dəyişdirilib

İslam Konfransı Təşkilatı ölkələri Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı dəyişdirilib.

Şuranın Qazaxıstanın paytaxtı Astanada keçirilən 38-ci sessiyasında qəbul olunan qərara əsasən, təşkilat bundan sonra İslam Əməkdaşlıq Təşkilatı adlanacaq.

Xatırladaq ki, İslam Konfransı Təşkilatı 1969-cu il sentyabrın 25-də müsəlman ölkələri rəhbərlərinin Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən konfransında yaradılıb.

Hazırda qurum 1.2 milyard əhalisi olan 57 ölkəni öz sıralarında birləşdirir.

Qurumun mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir.
This item is part of
XS
SM
MD
LG