Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:04

Əsgər hərbçi yoldaşını güllələyib


Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər yoldaşını öldürüb.

Bu barədə «APA»ya Bakı şəhərinin Sabunçu rayon Hərbi Komissarlığından məlumat verilib.

Hadisə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb.

1992-ci il təvəllüdlü Məmməd Qurbanov döyüş növbəsində olarkən xidməti silahından atəş açıb. Nəticədə 1988-ci il təvəllüdlü Şirxan İsgəndərov aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Araşdırma aparılır.
XS
SM
MD
LG