Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 06:16

Polis məntəqəsi yanıb

İyunun 27-də Bakı şəhərindəki polis məntəqəsində yanğın baş verib.

Bu haqda «APA»ya Suraxanı rayon Polis İdarəsindən məlumat veriblər.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilsə də, yanğının qarşısını almaq mümkün olmayıb və polis məntəqəsi tamamilə yanıb. Polis məntəqəsində olan rəsmi sənədlərin də yandığı deyilir.

Yanğın Suraxanı polis İdarəsinin Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən məntəqəsində baş verib. Yanğına qısaqapanmanın səbəb olduğu bildirilir.
This item is part of
XS
SM
MD
LG