Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:29

Əfqanıstan Pakistanı günahlandırıb


Əfqanıstan prezidenti Hamid Karzai son üç həftə ərzində Pakistandan Əfqanıstana açılan saysız atəşə görə bu ölkəni ittiham edib. Karzai təcili atəşin dayandırılmasını tələb edib.

Əfqan sərhədçiləri bildirib ki, açılan atəşlər nəticəsində Kunar və Nangarhar əyalətlərində 36 adam ölüb.

Pakistan komandanlığı isə bildirib ki, Əfqanıstan ərazisinə atəş açılmayıb. Sərhəd rayonlarında ancaq yaraqlılara qarşı əməliyyat keçirilir. Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Əfqanıstan ərazisinə təsadüfən bir neçə mərmi düşə bilər.
XS
SM
MD
LG