Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 15:13

Vəkilliyə qəbul üçün keçirilən test imtahanlarının nəticələri açıqlanıb


Müsabiqədə iştirak etmək üçün 605 nəfərin namizədliyi qeydə alınıb
Azərbaycanda vəkilliyə qəbul üçün keçirilən test imtahanlarının nəticələri açıqlanıb.

İyunun 26-da Bakı Dövlət Universitetində keçirilən imtahanda namizədlərdən 177 nəfəri 60 və daha çox bal toplayaraq ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.

Müsabiqədə iştirak etmək üçün 605 nəfərin namizədliyi qeydə alınıb.

Namizədlər 3 saat ərzində 100 suala (80 sual hüquqi, 20 sual məntiqi biliklərə dair) cavab veriblər.

Müsabiqənin növbəti mərhələsi Vəkillər Kollegiyası tərəfindən aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG