Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Suriyada daha 8 müxalifətçi öldürülüb


Şənbə günü Suriyada müxalifət fəallarının dəfnində azı 5 adam öldürülüb.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Matəm mərasimi prezident Bashar Assadın istefası tələbilə etiraz aksiyasına dönüb və bu vaxt təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib.

Həmçinin ölkə paytaxtı Dəməşqin ətrafındakı evlərdən birində axtarış aparılarkən 3 müxalifət fəalı öldürülüb.

Hüquq müdafiəçiləri azı 200 adamın həbs olunduğunu xəbər verirlər.

Martın ortalarından bu yana Suriyada mövcud rejimə qarşı kütləvi etiraz aksiyaları keçirilir.
XS
SM
MD
LG