Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:22

Mahmud Abbas Azərbaycana gəlir


Mahmud Abbas
Mahmud Abbas
Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas iyunun 28-də Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Fələstinin Azərbaycandakı səfirliyindən məlum verilib.

İki gün davam edəcək səfər zamanı Fələstin lideri Azərbaycan prezidenti İlham Əliyev və digər Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq.

Mahmud Abbasın Bakıya səfəri prezident İlham Əliyevin dəvəti əsasında həyata keçirilir. Danışıqlar zamanı ikitərəfli əlaqələrin inkişafı yolları, Yaxın Şərqdə mövcud durum və maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
XS
SM
MD
LG