Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 13:11

İlham Əliyev “İnter” klubunun prezidentini qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev iyunun 25-də Milanın “İnter” futbol klubunun prezidenti Massimo Morattini qəbul edib.

Azərtac-ın məlumatına görə, görüşdə Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlər, ölkənin beynəlxalq səviyyədə idman sahəsində əldə etdiyi uğurlar və bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Massimo Moratti “İnter” klubunun prezidenti olmaqla yanaşı həm də İtaliyanın tanınmış neft sahibkarı, «Saras S.p.A» korporasiyasının sahibidir.

Bu gün o, prezidentdən əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Rövnəq Abdullayev «SOCAR Trayding» və «Saras» şirkətləri arasında sıx əməkdaşlıq əlaqələri qurulmasını yüksək qiymətləndirib.
XS
SM
MD
LG