Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:10

Ay süvarisi hara çapır?


Kitabın təqdimatı - 25 iyun 2011
Kitabın təqdimatı - 25 iyun 2011
«Əsas odur ki, rəflərimizdə kitab olsun, onda oxuyan da tapılar!».

Bu sözləri «Əli və Nino» mağazalar şəbəkəsində keçirilən kitab təqdimatında «Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu söylədi.

HƏR ŞƏNBƏ—SAAT 12-DƏ…

Hər şənbə saat 12-də iki ay öncə Qız Qalasının qonşuluğunda açılan üçüncü «Əli və Nino» mağazasında bir kitab təqdim etdiklərini deyən Şahbaz bəy «Bu gün növbə Adil Mirseyidin «Ay süvarisi» şeirlər kitabınındır» — dedi.

18 YAŞIMDA DA AY SÜVARİSİYDİM, İNDİ DƏ…

Adil Mirseyid çıxışına yeni kitabın adından başladı.

«Ta gəncliyimdən—18 yaşımdan Ay süvarisiyəm, hələ də çapıram» —dedi. Ancaq hara çapdığını söyləmədi. Biz də AzadlıqRadiosu olaraq mərasimdə bunu ondan soruşmağı yersiz bildik və Adil Mirseyidi iyunun 29-da saat 12-də efirə gedəcək «Can Bakı» proqramına qonaq dəvət etdik. Söhbətin mövzusunu yəqin anladınız: «Ay süvarisi hara çapır?».

NÖQTƏ-VERGÜL ÖZ YERİNƏ!

«Ay süvarisi»nin təqdimat mərasiminə toplaşanlar şairi təkcə tərifləməklə yetmədilər, onu hətta qınadılar da.

«Niyə nöqtə-vergülsüz yazırsan?»—deyə…

«Niyə şairlərimizin özünə şalvar ala bilməmək əzabını bir yana qoyub, Sena çayından dəm vurursan» - deyə…

Kənarda dayanıb bu mənzərəni seyr edən bir nəfər isə söz atdı: «Şair şalvar davasına çıxanda, şeir ölür!».

BƏNİZİ PETROL, ÜRƏYİ KƏRƏ YAĞI…

Mərasimdə şairə yetərincə tərif yağdıranlar da vardı. Məsələn, çıxışçılardan biri Adil Mirseyidin üzünü neftimizə, ürəyini isə kərə yağımıza bənzətdi…

Başqa birisi şairin yaradıcılığına kifayət qədər ekskurs etsə də, sonda gerçəkliyə qayıdıb sözünü Milli Kitab Mükafatına iradlarla bitirdi.

Digər həmkarı isə Adil Mirseyidin şeirlərini elə oradaca birbaşa alman dilinə çevirib səsləndirdi və alqışlar qazandı.

ALMASANIZ DA, İÇƏRİ GİRİN!

Və beləliklə, Qız Qalasının yaxınlığındakı bu qədim mədrəsənin önündə keçirilən təqdimat mərasimi başa çatdı.

Sonda Şahbaz bəy toplaşanları kitab mağazasına dəvət etdi. «Almasanız da, heç olmasa girin-baxın» təklifiylə. Və bu təklif gülüşlə qarşılandı.

Xatırladaq ki, Adil Mirseyid şair, rəssam, esseçidir. Dörd şeir kitabının və bir monoqrafiyanın müəllifidir. Şeirləri alman, ingilis, rus, fransız, eston dillərinə çevrilib.

Adil bəy bir çox beynəlxalq ödüllər də qazanıb. Çəkdiyi rəsmlər isə Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda və təbii ki, öz ölkəsində şəxsi kolleksiyaları bəzəyir.

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG