Keçid linkləri

2024, 21 İyun, Cümə, Bakı vaxtı 12:20

ABŞ və Avropa Birliyi Timoşenkonun məhkəməsini pisləyiblər


ABŞ və Avropa Birliyi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı başlanmış məhkəmə prosesini ittiham ediblər.

Timoşenko 2009-cu ildə Rusiyayla qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland prosesin siyasi motivli olmasından narahatlığını bildirib.

Həmçinin dünən prosesdə iştitak eləmiş Avropa Birliyinin Ukraynadkı səfiri Jose Manuel Pinton Teixeira prosesi tənqid edib, onun kiçik, cansıxıcı bir zalda keçirildiyini bildirib.
XS
SM
MD
LG