Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:24

Asiya İnkişaf Bankı Azərbaycana 340 milyon dollar kredit verəcək


Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla bağlı «Ölkə üzrə əməliyyatlara dair 2011-2013-cü illər üçün biznes-plan»ı təsdiq edib.

Yeni biznes-plana uyğun olaraq, 2011-ci il ərzində AİB Azərbaycana 340 milyon dollara yaxın kredit ayıracaq. Həmçinin, növbəti ildə ölkə üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanması planlaşdırılır.

Bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsi məlumat verir.

Biznes-plana uyğun olaraq, AİB nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcək. Nəqliyyat sektorunda AİB Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayıracaq.

Bank həmçinin, Bakı ilə Gürcüstan arasındakı əsas magistral yolların maliyyələşdirilməsini də nəzərdən keçirir. Bakı ilə Gürcüstan arasındakı magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının əsas koridoru hesab edilir.
XS
SM
MD
LG