Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:18

Müdafiə Komitəsi: «Məhbuslar aclıq aksiyasını davam etdirir»


Qobustan həbsxanasında 200-dən artıq ömürlük azadlıqdan məhrum edilmiş məhbus saxlanılır
Qobustan həbsxanasında 200-dən artıq ömürlük azadlıqdan məhrum edilmiş məhbus saxlanılır
Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilən 10-dan artıq məhbus aclıq aksiyasını davam etdirir.

Bu barədə məlumatı AzadlıqRadiosuna Ömürlük Cəza Almış Məhbusların Müdafiə Komitəsinin rəhbəri Müslümət Rzaxanova verib. Hərçənd, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsi məlumatı təkzib edir:

«Karserdə olduqlarını və aclıq etdiklərini rəis özü də, rəis müavinləri də təsdiqləyir. Ancaq qəribədir ki, penitensiar xidmət hər dəfə bunu təkzib edir».

M. Rzaxanov deyir ki, iyunun 13-dən aclıq edən məhbuslar cəzalarının 15 ilə endirilməsi xahişilə ölkə rəhbərliyinə məktub yazıblar. Məktubun göndərilməsinə imkan verilməyib, məhbuslar isə cərimə təcridxanasına salınaraq işgəncələrə məruz qalıblar.

Penitensiar Xidmət İdarəsindən isə AzadlıqRadiosuna bildirilib ki, aclıq aksiyası keçirməklə bağlı indiyə kimi heç bir məhkum həbsxana rəhbərliyinə müraciət etməyib.

Qobustan həbsxanasında 200-dən artıq ömürlük azadlıqdan məhrum edilmiş məhbus saxlanılır. Onlar müxtəlif illərdə cəzalarının 15 ilə endirilməsi ilə bağlı bir neçə dəfə aclıq aksiyası keçiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG