Bu il ölkədə «Turizm ili» elan edilməsi ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC öz imkanları hesabına vətəndaşlar üçün yeni güzəştli tariflər tətbiq edir.
İyunun 15-dən dekabrın 31-dək Gəncə, Lənkəran və Zaqatala istiqamətində Azərbaycan vətəndaşları üçün uçuşlara aşağıdakı tariflər tətbiq edilir:
Bakı-Gəncə/Gəncə-Bakı – 40 manat,
Bakı-Lənkəran/Lənkəran-Bakı – 25 manat,
Bakı-Zaqatala/Zaqatala-Bakı – 35 manat.
Bundan əvvəl Bakı-Gəncə marşrutu üzrə bir istiqamətə biletin qiyməti 56 manat, Bakı-Lənkəran marşrutu üzrə 41 manat, Bakı-Zaqatala marşrutu üzrə isə 52 manat idi.
Aviareyslər Fransa istehsallı ATR tipli təyyarələrlə həyata keçirilir. Uçuşlar mütəmadi olaraq Gəncəyə hər gün, Zaqatalaya bazar ertəsi, çərşənbə, cümə günləri, Lənkərana isə bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçirilir. / AzərTAc /