Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:59

Məhəmməd Peyğəmbərin şəklinin dərci qalmaqal yaradıb


Hindistandakı İslam Mərkəzi ştat rəhbərliyinə müraciət edib


Hindistanın Andxra-Pradeş ştatında yaşayan müsəlmanlar dərsliklərdə Məhəmməd Peyğəmbərin şəkillərinin dərcinə etirazlarını bildiriblər.

Bu haqda ştatdakı İslam Mərkəzinin rəhbəri Seyed Mövlana Xaşemi mətbuata məlumat verib. IribNews agentliyinin yaydığı xəbər görə, artıq peyğəmbərin təsvirləri olan kitabların 800 min nüsxəsi satılıb.

“Bizim mərkəz ştat rəhbərliyinə müraciət edib ki, onlar bu məsələ ilə bağlı üzr istəsinlər və kitabı da 3 gün ərzində satışdan yığışdırsınlar. Məhəmməd Peyğəmbərin şəklinin dərsliklərə salınması İslam dininə qarşı hörmətsizlikdir”, – deyə Xaşemi bildirib.

İslam Mərkəzi bu məsələ ilə bağlı həmçinin Milli Azlıqlar üzrə Dövlət Komissiyasına da müraciət ünvanlayıb.
XS
SM
MD
LG