Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:37

Suriyadan Türkiyəyə sığınanların sayı durmadan artır


Son bir gündə Suriyadan Türkiyəyə daha 500 min qaçqın gəlib. Onlar Suriyada keçirilən hərbi əməliyyatlardan və həbslərdən qorxub qaçanlardır.

Anadolu agentliyinin xəbərinə görə, sərhəddə yerləşən Hatayda Suriyadan qaçanların sayı 11700 nəfərə çatıb.

ABŞ dövlət katibi Hillari Clinton Suriyanın Türkiyə sərhədi yaxınlığına ordu yeritməsindən, sərhəddə təhlükəli vəziyyətinin yarana biləcəyindən narahatlığını bildirib.

Yaranmış vəziyyətdən Türkiyə də narahatdır. Suriyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
XS
SM
MD
LG