Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:43

Parlament ombudsman haqqında qanunu qəbul etdi


Milli Məclis
Milli Məclis
İnformasiya məsələləri üzrə ombudsmanın səlahiyyətləri də insan haqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovaya verildi.

İyunun 24-də Milli Məclis sonuncu növbədənkənar iclasında «İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında» Konstitusiya Qanununa əlavələr və dəyişiklikləri təkrar səsvermə ilə qəbul etdi.

Bu dəyişikliklər informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin də indiki ombudsmana verilməsini nəzərdə tutur.

Qanun layihəsi 6 ay əvvəl səsverməyə qoyulmuşdu.
XS
SM
MD
LG