Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:02

«Cənubi Qafqazda sülh anı»


Prezidentlər Soçidə, 25 yanvar 2010
Prezidentlər Soçidə, 25 yanvar 2010
«Exo» qəzetinin məqaləsi «AZƏRBAYCAN VƏ ERMƏNİSTAN KAZANDA ANLAŞMALIDIRLAR» adlansa da, yerli politoloqlar bu mövzuda ehtiyatla danışıblar.

Politoloq Fikrət Sadıqov deyir ki, bu, Rusiyanın vasitəçiliyi ilə birinci görüş deyil. Amma bu dəfə görüş vacib hadisələrin fonunda baş tutmalıdır:

«Aparıcı ölkə başçılarının Dovil müraciəti, Moskvada üç ölkənin xarici işlər nazirlərinin görüşü, Elmar Məmmədyarovun ABŞ-a səfəri və onun Dövlət katibi Hillari Klintonla görüşü və i...».

Fikrət Sadıqov düşünür ki, ümidverici amillər çoxdur: Avropa Birliyi rəhbərlərinin çoxsaylı bəyanatları, aparıcı ölkə başçılarının mövqelərin yaxınlaşması barədə dedikləri.

Hərçənd, qəzet sual edir: mövqelərdə hansı problemlər üzrə yaxınlaşma baş verir, bu, bəlli deyil.

Politoloq deyir ki, danışıqlar masasında yeni mövqelərin olması şübhə doğurmur. Bu da tərəflərin yaxınlaşmasına səbəb ola bilər. Düzdür, Fikrət Sadıqov Kazanda sənəd imzalanmasını da gözləmir.

Qəzetə müsahibə verən başqa politoloq Qabil Hüseynli isə irəliləyiş gözləmir: «Mən öz fikrimdə qalıram: müharibəsiz Qarabağı qaytara bilməyəcəyik…».

«Azadlıq» qəzetinin məqaləsi isə belə adlanır: «KAZAN GÖRÜŞÜ MİNSK QRUPUNUN İFLASI OLACAQ».

Minsk Qrupunun həmsədrləri
Qəzet yazır: «Ekspertlərin fikrincə, Kazan görüşü təşkil olunmağa başlayanda, Rusiya fəal görünürdü. Tədbirin Medvedevin təşkilatçılığı ilə keçirilməsi Rusiyanın fəallığını daha da nəzərəçarpan edirdi. Lakin Beynəlxalq Böhran Qrupu Qafqaz departamentinin rəhbəri Sabin Freyzerin, onun ardınca Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin açıqlaması onu göstərdi ki, Aİ bu görüşdən uğur gözləmir. Ümumiyyətlə, hər hansı uğur planlaşdırılmır. Bu səbəbdən də şərt irəli sürüldü ki, irəliləyiş olmayacağı təqdirdə Aİ Minsk Qrupunun həmsədrliyində iştiraka cəhd edəcək. Bu da Fransanın Kazan görüşündə hər hansı irəliləyişdə həvəsli olmayacağına işarə edir. Minsk Qrupunun həmsədri olan bir ölkənin razılığının olmaması prosesin ciddi uğur əldə edəcəyinə şübhə yaradır. Bu səbəbdən də Kazan görüşünə ümidlər azalıb».

«Azadlıq» sonda yazır ki, Kazan görüşü Minsk Qrupunun bu formatda iflası olacaq.

CƏNUBİ QAFQAZDA SÜLH ANI

«Bu günlər Birləşmiş Ştatlar, Avropa Birliyi və Rusiya görünür, çox məsələlərdə razılığa gələ bilmirlər. Ancaq qeyri-sabit Cənubi Qafqaz regionu ilə bağlı onlar razılaşırlar ki, Ermənistan və Azərbaycan iyunun 24-də razılaşma imzalamalıdırlar. Əlbəttə, onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinə ciddi yanaşırlarsa».

Sabin Freyzer
Bunu Beynəlxalq Böhran Qrupunun Avropa üzrə proqram direktoru Sabin Freyzer (Sabine Freizer) «International Herald Tribune» qəzetindəki məqaləsində yazır. Məqalə belə adlanır: «Cənubi Qafqazda sülh anı».

Məqalədə deyilir ki, Medvedev tərəfləri sənəd imzalamağa sövq edə bilsə, bu, hazırkı qarşıdurmada çox nadir və mühüm addım olacaq, həm də Rusiya liderinin qətiyyətini sübut edəcək:

«İndi Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyev qərar verməlidir ki, müharibə yoxsa sülh daha təhlükəlidir. Onlar xalqlarını sülhə hazırlamaq üçün çox az iş görüblər, onları daha çox müharibəyə hazırlayıblar. Ancaq onlar vətəndaşlarını kompromisin üstünlüklərinə inandırmalıdırlar. Kazanda saziş əldə olunsa, prezidentlər onu pozmaq istəyənlərin də qarşısını almaq üçün də çox iş görməli olacaqlar».

Sabin Freyzer məqaləsinə belə yekun vurur:

«Yox, prezidentlər sənəd imzalamasalar, beynəlxalq iştirakçılar başlaya biləcək yeni bir müharibəyə hazırlaşmalı olacaqlar. Daha geniş regionda bu qədər zorakılıq baş verərkən, bu, heç də Birləşmiş Ştatlar, Avropa Birliyi və Rusiyanın istədiyi deyil».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG