Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Mart, çərşənbə, Bakı vaxtı 14:06

24 iyun - Elçibəyin doğum günüdür


İyunun 24-ü Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

O, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Elçibəy hələ ötən əsrin 70-ci illərindən azadlıq ideyalarını təbliğ edib, elə buna görə də sovet təhlükəsizlik qüvvələrinin təqiblərinə məruz qalıb, həbs edilib.

80-ci illərin sonundan başlanan azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin ilk sədri olub.

1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilən Əbülfəz Elçibəy 1993-cü ildə hərbi-siyasi qiyamla devrilib. 2000-ci il avqustun 22-də vəfat edib.

XS
SM
MD
LG