Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:08

Azərbaycan Dağlıq Qarabağa ən geniş muxtariyyət verə bilər


"Rusiya Prezidenti Dmitri Medvedevin şəxsən iştirakı tərəflərin razılığa gəlməəsinə imkan verir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərkən deyib.

İlham Əliyev deyib ki, danışıqlar prosesi beynəlxalq səviyyədə qəbul olunan baza prinsiplərinə əsaslanır.

“Bu, ölkələrin ərazi bütövlüyü, və xalqların öz müqəddəratını təyin etmə hüququdur.
Bu prinsiplər bir-birinə zidd deyil və sülh müqaviləsində nəzərə alına bilər.
Biz Dağlıq Qarabağ sakinlərinə dünyada mümkün olan ən geniş muxtariyyət verilməsinə təminat verə bilərik.

Düşünürəm ki, Avropada mövcud olan muxtariyyətlər bizə kömək edə bilər.
Məsələn, İtaliya və Avstriyada Tirol, eləcə də mərkəzi hakimiyyətin böyük diqqət ayırdığı başqa yerlər.

Azərbaycanın böyük maliyyə imkanları var və Dağlıq Qarabağda sosial-iqtisadi inkişaf proqramlarını həyata keçirmək bizim üçün problem deyil.

Ermənistanda belə bir fikir var ki, onlar status-kvonu nə qədər mümkündürsə saxlaya biləcəklər.
Amma son aylar hadisələrin inkişafı göstərdi ki, beynəlxalq aləm status-kvonu yolverilməz sayır.

Dünyada aydın başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb və atəşkəs çox "kövrəkdir", deyə İlham Əliyev vurğulayıb.
XS
SM
MD
LG