Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:40

Lukaşenko daxili işlər nazirini işdən qovmaqla hədələyib


Çərşənbə günü Belarusda keçirilmiş dinc etiraz aksiyasında iştiraka görə, 20-dən çox adam mühakimə olunub.

Xüliqanlıqda ittiham olunan aksiyaçılar müxtəlif məbləğlərdə cərimə olunublar.

Hüquq müdafiəçiləri hakimiyyətə qarşı keçirilən dünənki aksiyalar zamanı ölkənin müxtəlif şəhərlərində 450-dən çox adamın saxlandığını deyirlər.

Onların əksəriyyətinin artıq sərbəst buraxıldıqları xəbər verilir.

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, əgər ölkədə daha bir belə aksiya keçirilsə daxili işlər nazirini işdən azad edəcək.

Belarus müxalifəti sosial şəbəkələrlə inqilab adı altında ölkədə dinc etiraz aksiyalarına başlayıb.
XS
SM
MD
LG