Keçid linkləri

2026, 04 Sentyabr, cümə, Bakı vaxtı 18:23

Əfqanıstanda deputatların 1/4-i mandatını itirəcək

Əfqanıstanda ötən il seçilmiş deputatların təxminən ¼-i deputat mandatından məhrum ediləcək.

Belə bir qərarı səslərin saxtalaşdırılmasıyla bağlı araşdırma aparan xüsusi komissiya verib.

Komissiyanın nümayəndəsi ölkədəki 34 əyalətdən 33-də səslərin yenidən sayıldığını deyir.

Deputatların əksəriyyəti komissiyanın qərarıyla razılaşmır.

Həmçinin Beynəlxalq müşahidəçilər səslərin yenidən sayılmasının qanunsuz olduğunu deyirlər.

Əfqanıstanda son parlament seçkisi ətən ilin sentyabrında keçirilib.
This item is part of
XS
SM
MD
LG