Keçid linkləri

2026, 18 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:38

Suriya Türkiyə sərhəddinin yaxınlığına ordu yeridib

Suriya hakimiyyəti Türkiyə sərhəddinə doğru, minlərlə suriyalı qaçqının məskunlaşdığı Türkiyədəki çadır şəhərciklərinin yaxınlığına ordu yeridib.

Hazırda bu qaçqın düşərgələrində 10 minədək adam məskunlaşıb.

Hüquq müdafiəçiləri martın ortalarından bu yana Suriyada etiraz aksiyaları dağıdılarkən 1400-dək adamın öldürüldüyünü deyirlər.

Birləşmiş Ştatlar və Avropa Birliyi bu yaxınlarda Suriya prezidenti Bashar Assad və onun ətrafına qarşı yeni sanksiyalar tətbiq ediblər.

Avropa Birliyi bu sanksiyaların daha da kəskinləşdirilməsini nəzərdən keçirir.
This item is part of
XS
SM
MD
LG