Taliban ABŞ prezidenti Barak Obamanın bu ilin sonuna kimi Əfqanıstandan 10 min amerikalı əsgərin cıxarılacağı ilə bağlı bəyanatını "simvolik addım" kimi qiymətləndirib.
Mediaya elektron məktubla göndərilən bəyanatda Taliban ABŞ adminstrasiyasını "öz xalqına müharibənin bitəcəyi ilə bağlı dəfələrlə yalan vədlər" verməkdə ittiham edib.
Bəyanatda deyilir ki, ABŞ rəsmilərinin Əfqanıstanda irəliləyişlə bağlı dedikləri "əsaslandırılmayıb" və bütün xarici qoşunlar ölkədən çıxarılanadək onların silahlı mübarizələri gündən-günə artacaq.
Barak Obama iyunun 22-də elan edib ki, Əfqanıstandan bu ilin sonunadək 10 min, gələn ilin yayına qədər isə 23 min amerikalı hərbçi çıxarılacaq.