Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:03

Təhsil Nazirliyinin «Qaynar xətt»inə 2102 müraciət daxil olub


May ayında Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinə 2102 müraciət daxil olub.

Bu barədə nazirliyin internet səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunur ki, müraciətlərin 1922-si telefonla, 180-i elektron poçt vasitəsilə qəbul edilib.

Həmin müraciətlərin də 227-si şikayət xarakterlidir.

Şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, məktəblərdə fond pulu toplanması, müəllimlərin əmək haqlarından qanunsuz tutulmalar və s. ilə əlaqədar məsələlər təşkil edib.

Məlumatda deyilir ki, araşdırma zamanı xeyli sayda müraciətdə ad, soyad və telefon nömrələrinin qeyri-dəqiq olduğu aşkarlanıb, şikayətlərin böyük bir qismində qeyd olunan faktlar öz təsdiqini tapmayıb.
XS
SM
MD
LG