Keçid linkləri

2026, 17 May, bazar, Bakı vaxtı 06:02

Çin beynəlxalq ictimaiyyətin azadlığını tələb etdiyi rəssamı həbsdən buraxıb

Çində həbsdə olan rəssam Ai Weiwei girov müqabilində azadlığa buraxılıb. Xinhua xəbər agentliyinin məlumatına görə, dünyada vizual rəssam və dizayner kimi tanınan Ai vergi borcunu etirag edəndən sonra azadlığa buraxılıb, çünki o, xroniki xəstəlikdən əziyyət çəkir.

Rəssam Britaniya televiziyasına bildirib ki, artıq evinə qayıdıb: "Mən yaxşıyam, çox yaxşıyam. Səhhətim də yaxşıdır".

O deyib ki, əlavə şərh vermək istəməzdi.

53 yaşlı rəssam aprelin 13-də Pekinin beynəlxalq aeroportunda həbs edilib, o, Honq-Konqa uçurmuş.

Ai hökuməti sərt tənqid edən sənətkar kimi tanınır. Çin hakimiyyəti onun həbsinə görə beynəlxalq ictimaiyyətin qınağına tuş gəlmişdi
This item is part of
XS
SM
MD
LG