Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:45

Suriya istənilən xarici müdaxiləni rədd edib


Suriyanın xarici işlər naziri Valid Muallem ölkəsinin daxili işlərinə istənilən xarici müdaxiləni rəddə edib və qeyd edib ki, Dəməşq əzəli m üttəfiqi olan Türkiyə ilə xoş münasibətlərin qorunub saxlanmasında maraqlıdır.

O həmçinin Avropa Birliyinin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları rədd edib.

Türkiyə də daxil olmaqla beynəlxalq aləm Suriya hakimiyyətinin nümayişçilərlə amansız davranışını ittiham edir və bu ölkəyə qarşı beynəlxalq təzyiqlər getdikcə artır.

Hüquq müdafiəçiləri martın ortalarından bu yana ölkədə 1400-ə yaxın adamın öldürüldüyünü deyirlər.

Prezident Bəşər Əsəd (Bashar Assad) ölkədə islahatlar aparacağını və müxalifətlə dialoqa gedəcəyini vəd etsə də müxalifət onun istefasına çalışır.
XS
SM
MD
LG