Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:49

Bəhreyndə 8 şiə fəalına ömürlük həbs kəsilib



Bəhreyn məhkəməsi 8 şiə fəalına ömürlük həbs cəzası kəsib.

Onlar ilin əvvəllərində keçirilən etiraz aksiyaları zamanı dövlət çevrilişinə cəhddə ittiham olunurdular.

Məhkəməyə ümumilikdə 21 adam cəlb olunub.

Onlardan 13-nə isə 2 ildən 15 ilədək həbs cəzası kəsilib.

Əhalisinin çoxu şiələr olan Bəhreyni sünni azlığı idarə edir.

Bu ilin martından ölkədə mövcud rejimə qarşı etiraz aksiyaları keçirildi.

Bəhreynin xahişi ilə ölkəyə Səudiyyə Ərəbistanı və digər qonşu ölkələrdən qoşun yeridildikdən sonra nümayişlər yatırıldı.
XS
SM
MD
LG