Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Multimedia Mərkəzi: Müdafiə Nazirliyinin saytı yoxdur


Arxiv foto
Arxiv foto
Multimedia Mərkəzi 6 ay ərzində 60 dövlət qurumunun və 15 bələdiyyənin internet resursunda araşdırma aparılıb. Rəsmi saytlar informasiya açıqlığı 67 parametr üzrə kəmiyyət-keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla təhlil edilib.

Mərkəzin rəhbəri Osman Gündüz bildirib ki, araşdırmalar ictimai informasiyaların internet resurslar vasitəsilə yayılmasında müsbət dəyişikliklərin olduğunu, amma bəzi problemlərin hələ də qaldığını göstərib. Xüsusilə informasiya açıqlığı sahəsində dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğu aşkarlanıb.

Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci, 2-ci və 3-cü yerləri Vergilər Nazirliyi (68%), Hesablama Palatası (56%), Sosial Müdafiə Fondu (55%) tutub.

Reytinq cədvəlində sonuncu yerləri isə Nazirlər Kabineti, Bakı Metropoliteni və Kənd Təsərrüfatı Nazirliyi tutub.

Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytları hələ də fəaliyyət göstərmir.

60 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 27% təşkil edib. Ötən illə müqayisədə informasiya açıqlığı sahəsində təxminən 7% artım olub.
XS
SM
MD
LG