Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:40

Rusiyanın keçmiş baş nazirinin partiyası qeydə alınmadı


Rusiyanın Ədliyyə Nazirliyi müxalifət Xalq Azadlıq Partiyasının qeydiyyatından imtina edib.

Ötən ay keçmiş baş nazir Mixali Kasyanov, sabiq baş nazir müavini Boris Nemtsov və bir neçə siyasətçi yeni müxalifət partiyasının yaradılması üçün sənədləri nazirliyə təqdim edib.

Nazirlik bildirir ki, üzvlük ərizələrində nöqsanlar var, belə ki, təşkilata mövcud olmayanlardan üzvlük ərizəsi alınıb. Nazirlik onu da bildirib ki, bir neçə şikayət alıblar və bu şikayətlərdə bildirilir ki, onlar müxalifət partiyasının üzvü deyillər.
XS
SM
MD
LG