Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:57

Ermənistanla Azərbaycan barışan kimi Türkiyə sərhədləri açacaq


“Ermənistanla Türkiyənin gələcəkdə ölkələrin, xalqların və insanların iztirablarını aradan qaldırmaq üçün şansları var”.

“Armenia today” portalının məlumatına görə, bunu Türkiyənin dövlət naziri Egemen Bağış jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər iki ölkənin prezidentləri münasibətlərin normallaşması istiqamətində cəsarətli addımlar atıblar, amma Türkiyə Azərbaycanın ərazi bütövlüyü məsələsinə çox həssas yanaşır və bu münaqişəyə laqeyd qala bilməz.

Ermənistan-Türkiyə sərhədinin açılmasına gəldikdə isə nazir qeyd edib ki, bu, Azərbaycanla Ermənistanın barışmasının ertəsi gün baş verəcək.
XS
SM
MD
LG