Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 21:22

Vladimir Putin Nikole Sarkozy ilə görüşür


Rusiyanın baş naziri Vladimir Putin bu gün Parisdə Fransa prezidenti Nikole Sarkozy ilə görüşür.

İlk növbədə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələsi müzakirə ediləcək.

Vladimir Putin həmçinin “Fransa-Rusiya Dialoqu” asosasiyasının üvlərilə görüşəcək, sonra isə Le Burje ( Le Bourget ) hava limanındakı 49-cu beynəlxalq kosmik salona baş çəkəcək.

Putinin Fransaya səfərindən bir gün öncə Rusiyanın Fransadan ümumi dəyəri 1 milyard 200 milyon dollar olan Mistral tipli 2 vertolyotdaşıyan gəmi aldığı bəyan edilib.
XS
SM
MD
LG