Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 14:49

Həbsdə olan iranlı jurnalist azadlığa çıxıb

İranda həbsdə olan jurnalist və hüquq müdafiəçisi Emadeddin Baghi azad edilib.

Bu barədə onun vəkili xəbər verir.

Baghi 2010-cu ilin iyulunda dövlət əlehində təbliğat aparmaq ittihamıyla 1 il həbs cəzasına məhkim edilmişdi.

Ona həmçinin 5 il ərzində ictimai fəaliyyətlə məşğul olmaq qadağan edilib.

49 yaşlı jurnalist İranda ölüm hökmünün ləğvi uğrunda fəal mübarizə aparır.

O 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra keçirilən etiraz aksiyaları zamanı saxlanmışdı.
This item is part of
XS
SM
MD
LG