Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 11:56

Rusiyadakı təyyarə qəzasına səbəb pilotun səhvi ola bilər


Rusiyanın Petrozavodsk şəhərində 44 adamın ölümüylə nəticələnmiş təyyarə qəzasına səbəb qatı dumanda pilotun səhvi ola bilər.

Bunu Rusiyanın baş nazir müavini Sergey İvanov aldığı ilkin məlumata istinadla deyib.

Bir ana və onun 9 -14 yaşlı oğlanları da daxil olmaqla 8 adam sağ qalıb.

Amma onlardan 4-ü ağır vəziyyətdədir.

Moskvadan Petrozavodska uçan “Rusair” şirkətinə məxsus sərnişin təyyarəsi çərşənbə axşamına keçən gecə yerə enərkən bərkdən yerə dəyərək yanmağa başlayıb.

Təyyarədəki qara yeşiklər aşkar edilib.

İyunun 22, 23 və 24-ü Kareliyada matəm günü elan olunub.
XS
SM
MD
LG