Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Anar Mustafayev tutulub.
MTN müəyyən edib ki, Anar Mustafayev dövlət qeydiyyatından keçmədən və lisenziya almadan hazırda şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan, Türkiyə və İran vətəndaşları ilə 2010-cu ildən 2011-ci ilin may ayının sonunadək 53 min manatdan artıq məbləğ dəyərində dərman preparatlarının Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil edib.
“İstintaq-əməliyyat tədbirləri çərçivəsində Anar Mustafayevin idarə etdiyi avtomobilə, eləcə də yaşadığı mənzilə keçirilmiş baxış zamanı Türkiyədən və İrandan Azərbaycana qaçaq yolla gətirilmiş 163 adda 53 min manatdan artıq dəyərdə çoxlu sayda dərman preparatları aşkar edilərək götürülüb”.
Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlayıb. Anar Mustafayev həbs edilib.
Xəbəri Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzi yayıb.