Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:04

BMT: Azərbaycanda 592 860 məcburi köçkün var


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2010-cu ilin sonuna olan məlumatına görə, Azərbaycanda 592 860 məcburi köçkün var.

Bu rəqəm BMT QAK-nı “Qlobal tendensiyalar, 2010-cu il” adlı hesabatında öz əksini tapıb.

APA-nın məlumatına görə, hesabatda dünyada ümumilikdə 43,7 milyon nəfər qaçqın və məcburi köçkünün olduğu bildirilir. Bunların 27,5 milyon nəfəri məcburi köçkünlərdir.

Ötən il qaçqınların sayı sabit qalıb, hazırda dünyada 15,4 milyon nəfər qaçqın var.

Hesabata ərəb ölkələrindəki iğtişaşlarla bağlı başlayan miqrasiya dalğasının statistik nəticələri daxil edilməyib. 2010-cu ildə qaçqınların sayına görə Əfqanıstan lider statusunu qoruyub. Hazırda dünyanın 75 ölkəsində 3 milyona yaxın əfqan qaçqın var. Başqa ölkələrdə sığınacaq tapan iraqlıların sayı isə 1,7 milyon nəfərdir. Qaçqınlara daha çox sığınacaq verən ölkələr isə Pakistan, İran, Suriya, Almaniya və İordaniyadır.
XS
SM
MD
LG