Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:08

Rusiyada təyyarə qəzasında 44 nəfər ölüb


Rusiyanın şimal-qərbində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 44 nəfər ölüb.

Yerli mətbuat bildirir ki, Petrozavodsk aerodromu yaxınlığında eniş edən təyyarə yerə dəyib və alışmağa başlayıb.

Qəza zamanı 8 nəfər xilas olub. Onlardan biri 10 yaşlı oğlandır, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

AirRus şirkətinə məxsus, Moskvadan Petrozavodska uçan təyyarənin qəzaya uğramasında bir neçə versiya irəli sürülüb - insan faktoru, texniki nasazlıq kimi.

Qəza zamanı təyyarənin göyərtəsində 43 sərnişin və 9 heyət üzvü olub.
XS
SM
MD
LG