Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 21:39

«Qorxma, mən səninləyəm» filminin davamı çəkiləcək


Yuli Qusman
Yuli Qusman
1982-ci ildə çəkilən və qısa zamanda SSRİ-də populyarlaşan "Не бойся, я с тобой" (“Qorxma, mən səninləyəm”) macəra filminin davamı gələcək.

Bu barədə filmin rejissoru Yuli Qusman məlumat verib.

30 il sonra filmdə yenə də məşhur rusiyalı aktyor Lev Durov, azərbaycanlı bətəkar və müğənni Polad Bülbüloğlu və sirk artisti Muxtarbek Kentemirov görüşəcəklər.

Rejissorun Rusiyanın “RİA Novosti” agentliyinə bildirdiyinə görə, çəkilişlər bu ilin avqustunda başlanacaq.

Onun sözlərinə görə, filmin davamını çəkmək ideyası SSRİ dağılmamışdan əvvəl yaranıbmış.

Amma yeni süjetin yaradılması, Azərbaycan və Rusiya arasında lazımi sazişlərin bağlanması az qala 30 il çəkib.

Filmin davamı – “Qorxma, mən səninləyəm -1919” adlanacaq.

Y.Qusmanın verdiyi məlumata görə, artıq film üçün kostyumlar tikilir, dekorasiyalar hazirlanır.

“İndi bunu etmək daha çətindir. Çünki indinin rəssamı senzuradan daha dəhşətli diqtəyə məruz qalır – pulun diqtəsinə!”

Rejissor deyir ki, o, romantik macəra filmləri çəkməyi xoşlayır. Amma belə filmlərə sərmayə qoyan azdır. Çünki trillerlər, dramalar, faciələr “dəbdədir”. Belə filmlərə sponsorlar daha çox pul qoyur, festivallar da belə filmləri daha çox “sevir”.

Çəkiliş qrupunun hesablamalarına görə, filmin büdcəsi 12 milyon dollar olmalıdır. Ən azı 9 milyon dollar. Amma rejissorun sözlərinə görə, hələ ki bu pulun heç üçdə birini də toplaya bilməyiblər.

“Nəzərdə tutulmuşdu ki, bu, Rusiya-Azərbaycan layihəsi olacaq. Amma indi Rusiyada kino sahəsində mövcud dolaşıq durum hələ ki Rusiya tərəfindən veriləcək qərarı ləngidir. Azərbaycan isə film üçün pul ayırıb. Bu ölkə üçün həmin məbləğ yetərincə yüksək sayıla bilər. Amma həmin pul film üçün tələb olunan büdcədən 4 dəfə azdır. Layihə isə tutumludur. Asan bir layihə deyil. Keçən əsrin əvvəlindən bəhs edir: tarixi kostyumlar, ingilis ordusu, atlar, pələnglər, fillər, sirk...”

Rejissor deyib ki, lazımi qədər pul toplanmasa da, o, “Napoleon kimi döyüşə girmək qərarı verib ki, sonra nə olar-olar...”

“Mənə ləzzət edən odur ki, kohnə dostlarım və həmkarlarım, eləcə də yeni qəhrəmanlar böyük həvəslə bu işə girişiblər. Azərbaycanda isə bu film əvvəlki kimi çox populyardır və hamı bizə kömək etmək istəyir. Bu bizim üçün böyük dəstəkdir” – deyə rejissor etiraf edib.

İlk filmdəki aktyorlar - Durov, Bülbüloğlu və Kantemirovdan başqa filmin davamında yeni qəhrəmanlar da olacaq.

Rejissor süjeti danışmaq istəməsə də, deyib ki, hadisələr 1919-cu ildə - Azərbaycanda Demokratik Cümhuriyyətin qurulması ərəfəsində baş verir.

Qusman filmdə təhlükəli macəraların və əlbəttə yenə də sevgi hekayətinin olacağını söz verib.

Bir-birini sevən qızla oğlanın hər ikisinin ataları deputatdır. Amma biri bəstəkar-deputat, o biri isə quldur deputat...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG